İlin ikinci Günəş tutulması - Bakıdan görüntülər

İlin ikinci Günəş tutulması - Bakıdan görüntülər Bu gün ilin ikinci Günəş tutulması baş verib.
Tutulma hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatacaq.
Təbiət hadisəsini Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə etmək mümkündür.
Tutulma hadisəsi Azərbaycanda da müşahidə edilir. Bakıda tutulma hadisəsi 13:59-da başlayıb və 16:30-da sona çatacaq. Tutulma qismən Günəş tutulmasıdır.
Qeyd edək ki, ilin ilk Günəş tutulması aprelin 30-da olub.
Bakıda Günəş tutulması zamanı lentə aldığı görüntüləri təqdim edirik:



Tehsil-press.az



Oxşar xəbərlər