Texniki Universitetdə tyutor vəzifəsinə namizədlər təlimə cəlb olunub

Texniki Universitetdə tyutor vəzifəsinə namizədlər təlimə cəlb olunub Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrlə işin səmərəliliyinin artırılması, həmçinin təhsillə bağlı normativ sənədlərin hazırlanması, təlim-tərbiyə işinin təşkili və digər istiqamətlərdə tyutor vəzifəsinə namizədlər üçün təlim keçirilib.
Təlimdə təhsil qanunvericiliyinin tələbləri və tədris prosesinə tətbiqi, tədris sənədlərinin tərtibi və işlənməsi, təqaüdlərin təyini, təcrübələrin və yekun dövlət attestasiyasının keçirilməsi, elektron təhsil sistemində işin təşkili, tələbələrlə davranış qaydaları və onlarla psixoloji işin təşkili və digər mövzular barədə məlumat verilib.
Bir həftə davam edən təlimin sonunda AzTU-nun Keyfiyyətin təminatı və öyrətmə-öyrənmə mərkəzi tərəfindən namizədlərin qiymətləndirilməsi aparılıb. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər