Peşə təhsili müəssisələrinin müəllim, istehsalat təlimi ustaları və direktor müavinləri üçün təlim təşkil edilib

Peşə təhsili müəssisələrinin müəllim, istehsalat təlimi ustaları və direktor müavinləri üçün təlim təşkil edilib Peşə məktəblərinin müəllim, istehsalat təlimi ustaları, direktor müavinləri üçün yeni təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı təlim təşkil edilib.
Onlayn təlimin əsas mövzusu təhsil proqramlarının strukturu və tətbiqi, tədris planları və təhsilalanların qiymətləndirilməsindən ibarət olub.
Təlimdə jurnal və digər təhsil sənədləri ilə bağlı yeni formatın təqdimatı keçirilib və nümunələr üzərində həmin sənədlərin düzgün tətbiqi izah olunub. Peşə və kvalifikasiya standartları, modul dərsliklərinin tətbiqi, dərs saatlarının düzgün bölünməsi və fəal təlim üsulları ilə bağlı məsələlər təqdim edilib. Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Onlayn təlimdə 29 peşə təhsili müəssisəsindən 33 nəfər iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər