Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” mövzusunda keçirilən təlimlər yekunlaşıb.3 gün davam edən təlimlər Çankaya Universitetinin dekanı, professor Buket Akkoyunlu və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) konsultantı Salih Bardakçı tərəfindən aparılıb. Təlimlərdə AzTU-nun müxtəlif fakültələrinin professor-müəllim heyəti və müvafiq şöbələrin əməkdaşları iştirak edib.
Təlimlərin sonuncu günü AzTU-nun rektoru Vilayət Vəliyev iştirakçılarla görüşüb. Qeyd edib ki, universitetin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunan təlimlər mütəmadi olaraq davam etdiriləcək.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Tehsil-press.az













