ADU-da Zəfər Günü münasibətilə tədbir: Xarıbülbülün sədası

ADU-da Zəfər Günü münasibətilə tədbir: Xarıbülbülün sədası Azərbaycan Dillər Universitetində (ADU) Zəfər Günü münasibətilə “Xarıbülbülün sədası” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi yad edilib.
Universitetin rektoru akademik Kamal Abdulla iştirakçıları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. Vətən müharibəsinin xronologiyasına nəzər salan rektor Şanlı Qələbənin tarixindən söz açıb: “Biz bu gün 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin sevinc və qürur hissini bir daha yenidən yaşayırıq. Qələbəmiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik, cəsarətli siyasəti, Azərbaycan Ordusunun şücaəti və ordumuza mənəvi dəstəyini əsirgəməyən sıravi vətəndaşların həmrəyliyinin nəticəsidir. Nəhayət ki, 30 illik mübarizədən sonra, layiq olduğumuz Qələbə sevincinə nail olduq”.
Tədbir universitet tələbələri şəhidlərə həsr olunan şeirlər söyləyib, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən mahnılar ifa ediblər. ADU-nun “Dalğa” rəqs ansamblı milli rəqslərimizi təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər