Dosent Rəvan Mehdiyeva: Prezident, xalq və ordu birliyi Vətən müharibəsində həlledici rol oynayıb

Dosent Rəvan Mehdiyeva: Prezident, xalq və ordu birliyi Vətən müharibəsində həlledici rol oynayıb Radiasiya Problemləri İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıqlardan danışıb, əsgər və zabitlərimizin rəşadətindən qürur duyduğunu bildirib.
R.Mehdiyeva vurğulayıb ki, xalq, Prezident və ordu birliyi Vətən müharibəsində həlledici rol oynayıb və son 200 illik tariximizdə Müzəffər Ali Baş Komandan yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail olub.
Daha sonra çıxış edən I və II Qarabağ müharibəsi iştirakçıları Azərbaycan Ordusunun şanlı Zəfəri haqqında fikir bildirib, həmçinin Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhidlik mərtəbəsinə ucalmış qəhrəmanlarımızın əziz ruhlarına ehtiramlarını vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər