“BDU könüllüləri”nin qərargahının açılışı olub

“BDU könüllüləri”nin qərargahının açılışı olub Bakı Dövlət Universitetində 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “BDU könüllüləri”nin qərargahının açılışı olub.
Açılış mərasimində “BDU könüllüləri”nin son illər təhsil ocağının ictimai həyatında böyük rol oynadığı qeyd edilib. Ölkəmizdə könüllülük hərəkatının geniş vüsət aldığı, “BDU könüllüləri”nin bu prosesdə fəal iştirak etdiyi vurğulanıb.
BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, “BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun mindən artıq üzvü var.

Tehsil-press.az


Oxşar xəbərlər