BDU-da tələbələrə könüllülük fəaliyyəti haqqında məlumat verilib

BDU-da tələbələrə könüllülük fəaliyyəti haqqında məlumat verilib Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “BDU Könüllüləri”nin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova son illərdə ölkəmizdə könüllülük fəaliyyətinin yaradılması və genişləndirilməsindən, bu sahədə uğurlu nəticələrdən danışıb.
Sonra “BDU Könüllüləri”nin rəhbəri Nərmin Heydərova könüllülük fəaliyyəti haqqında ümumi məlumat verib, tələbələrə təhsil və könüllülük fəaliyyətində uğurlar arzulayıb.
Hüquq fakültəsinin könüllülərinin sədri İlkin İmanlı BDU-da gənclərə könüllülük ideyasının aşılandığını bildirib. O qeyd edib ki, universitetin könüllüləri il ərzində müxtəlif layihələrdə iştirak ediblər.
Hüquq fakültəsinin könüllülərindən Bahar Əlizadə “Beynəlxalq Könüllülər Gününün tarixi”, Həmidə Qasımova “Azərbaycanda könüllülük fəaliyyəti”, Röya Əlizadə “Beynəlxalq aləmdə könüllülük” mövzularında çıxış ediblər.
“BİR” könüllü təşkilatının BDU üzrə əlaqələndiricisi Ayxan İsgəndərov ölkəmizdəki könüllülük hərəkatından bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər