“Vikipediya” könüllüləri yeni məqalələr yaradırlar

“Vikipediya” könüllüləri yeni məqalələr yaradırlar Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycanda tarixi abidələr, tikililər haqqında məqalələrin yaradılması və əsaslı redaktəsi davam edir.
“Vikipediya”nın Azərbaycan dili bölməsində “Peterburq Şimal bankının binası” və “Bakı real məktəbi”nin, “Müqəddəs Nina qızlar gimnaziyası”nın binalarının memarı Dmitri Buynov haqqında məqalələr yaradılıb.
“Peterburq Şimal bankının binası” haqqında məqalədə tarixi abidənin tikilməsi və müxtəlif tarixi dönəmlərdə istifadəsi barədə, Dmitri Buynov haqqında məqalədə isə memarın həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın "Vikipediya" könüllüləri tərəfindən bu mövzuda məqalələrin yaradılması davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər