Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilinin yaz semestrindən magistratura pilləsi üzrə əcnəbilərin sənəd qəbulu elan olunub.Əcnəbilərin seçimindən asılı olaraq, tədris Azərbaycan, ingilis, türk və rus dillərində aparılır. Qəbul elektron formada həyata keçirilir. Namizədlər https://portal.edu.az/ və http://kabinet.unec.edu.az/az internet səhifələri vasitəsilə müraciətlərini tamamlamalıdırlar.
Sənəd qəbulu fevralın 10-dək davam edəcək.
Tehsil-press.az






