UNEC-də sənəd qəbulu onlayn aparılacaq

UNEC-də sənəd qəbulu onlayn aparılacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu prosesinin reallaşdırılması üçün onlayn proqram təminatı hazırlanıb.
Abituriyentlər sənədlərin elektron formasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, tələbə kabineti qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron formasını sistemə yükləmədən öncə videotəlimatla tanış olmaq tövsiyə olunur. Sənəd qəbulu sentyabrın 25-dən oktyabrın 7-dək aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər