ADNSU ilə “Caspian Energy Club” arasında memorandum imzalanıb

ADNSU ilə “Caspian Energy Club” arasında memorandum imzalanıb “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub.
Görüşdə ADNSU-nun rektoru professor Mustafa Babanlı müasir dövrdə universitet-sənaye, universitet-biznes və bütövlükdə ali məktəblərin işəgötürənlərlə sıx əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, ADNSU ilə “Caspian Energy Club” arasında tələbələrin təcrübəsinin təşkili, onların işədüzəlməsi məsələləri ilə yanaşı, daha geniş işbirliyi üçün imkanların olduğunu vurğulayıb.
Telman Əliyev qeyd edib ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club”ın əsas məqsədi investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və həmin dialoqlarda iştirak etməkdir.
Sonra ADNSU ilə “Caspian Energy Club” arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər