ADNSU Cənubi Rusiya Universiteti ilə əməkdaşlıq edəcək

ADNSU Cənubi Rusiya Universiteti ilə əməkdaşlıq edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Cənubi Rusiya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı Cənubi Rusiya Universitetinin rektoru, professor İmran Əkbərovla iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafı, birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar.

Mətbuat Xidməti

Oxşar xəbərlər