ABŞ Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayıracaq

ABŞ Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayıracaq ABŞ hakimiyyəti Ukraynanın enerji sistemini dəstəkləmək üçün 125 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlayıb.
Bu haqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verib:
“ABŞ Prezidentinin administrasiyası Ukraynanın enerji sistemi və infrastrukturunun dəstəklənməsi üçün əlavə 125 milyon dollar ayırmaq üçün Konqreslə işləmək niyyətindədir”.
ABŞ hökuməti bu məbləği həyati vacib avadanlıqların alınmasına sərf etməyi planlaşdırır.

Tehsil-press.az

Oxşar xəbərlər