Çin yeni koronavirusla mübarizə üçün ÜST-ə 20 milyon dollar ayırıb

Çin yeni koronavirusla mübarizə üçün ÜST-ə 20 milyon dollar ayırıb Çin hakimiyyəti yeni koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 20 milyon dollar ayırmaq qərarına gəlib.
Bu barədə öz "Twitter" səhifəsində ÜST-ün baş direktoru Tedros Adxanom Qebreyesus bildirib.
A.Qebreyesus deyib: "Çin hökumətindən yaxşı bir xəbər gəldi: onlar COVID-19 ilə qlobal miqyasda mübarizəyə kömək etmək üçün ÜST-ə 20 milyon dollar ayırır. Səfir Çenə sədr Si Tsinpinin, eləcə də ÇXR hökuməti və xalqı adından xoş xəbərlər çatdırdığına görə səmimi qəlbdən təşəkkür edirəm".
Qeyd edək ki, 31 dekabr 2019-cu il tarixində Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində (Hubey vilayəti) Vuhan şəhərində naməlum pnevmoniyanın baş verməsi barədə məlumat vermişdi. ÜST xəstəliyin beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb və xəstəliyə rəsmi ad verdi - COVID-19.

Tehsil-press.az

Oxşar xəbərlər