Azərbaycan və Türkiyə universitetləri birgə tədqiqatlar aparacaq
Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin Hitit Universiteti ilə mühəndislik və qida texnologiyaları sahələrində birgə tədris proqramları həyata keçirəcək və tədqiqatlar aparacaq.
Bu məsələ AzTU-nun rektoru Vilayət Vəliyevin Türkiyənin Hitit Universitetinin rektoru Ali Osman Öztürk ilə görüşündə müzakirə olunub.
Görüşdə magistratura səviyyəsində qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı ilə bağlı imkanların araşdırılacağı qərara alınıb.
Tehsil-press.az
- Baxış: 1668
Xəbərin tarixi: 31.01.2023 / 10:36
-
Oxşar xəbərlər