Azərbaycan Texniki Universitetinin tələbələri Türkiyədə təcrübə keçəcəklər

Azərbaycan Texniki Universitetinin tələbələri Türkiyədə təcrübə keçəcəklər Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Ostim Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və baş müəllimi Bəxtiyar Nəcəfovla görüşüb.
Görüşdə iki universitet arasında əməkdaşlığın inkişafı çərçivəsində ikili diplom, mübadilə proqramları, birgə layihələr, dil kursları, xüsusilə də ingilis dili tədrisinin aparılması məsələləri müzakirə edilib. Yay aylarında AzTU müəllimlərinin Ostim Texniki Universitetində təcrübəyə göndərilməsi, müəllim-tələbə mübadiləsi ilə bağlı təkliflər səsləndirilib.
Görüşdə hər il AzTU-nun 20 tələbəsinin Ostim sənaye bölgəsində təcrübə keçməsi qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər