Rusiya kosmik yük gəmisi Sakit okeanda batırıldı

Rusiya kosmik yük gəmisi Sakit okeanda batırıldı Rusiyanın “Proqres MS-20” yük gəmisi Sakit okeanda gəmilərin hərəkətinin olmadığı bölgədə batırılıb.
Bu gəmi daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiyaya məxsus “Zvezda” xidmət modulundan aralanmışdı.
“Bu gün “Proqres MS-20” yük gəmisi orbitdən çıxarılaraq atmosferə daxil olub və parçalanıb. Onun strukturunun yanmamış elementləri Sakit Okeanın cənub hissəsində gəmilərin keçmədiyi əraziyə düşüb”, - deyə məlumatda qeyd edilib.

Tehsil-press.az

Oxşar xəbərlər