Fransa öz vətəndaşlarını Belarus ərazisini tərk etməyə çağırdı

Fransa öz vətəndaşlarını Belarus ərazisini tərk etməyə çağırdı Fransa öz vətəndaşlarını Belarus ərazisini tərk etməyə çağırıb.
“Rusiyanın Ukraynaya başlatdığı hücum və Belarusun hava məkanının bağlanması kontekstində Belarusa hər hansı səfərlər qəti şəkildə tövsiyə edilmir. Belarus ərazisində olan fransızları Litva, Polşa və ya Latviyadan keçən avtomobil yolu ilə yubanmadan ölkəni tərk etməyə çağırırıq”, - nazirliyinin açıqlamasında qeyd olunur.
Eyni zamanda departament təyyarə ilə vətənə qayıtmağa qərar verən fransızların Belarus Daxili İşlər Nazirliyindən çıxış vizası tələb etməli olduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər