Rayon İcra Hakimiyyəti başçısının birinici müavini vəzifəsi uzun müddətdir yeni sahibini gözləyir.
Həmçinin Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsi də vakantdır.
İcra başçısının köməkçisi postuna da bun günə kimi təyinat olmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 12 noyabr 2025-ci ildə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Natiq Ağayev bu günə kimi özünə köməkçi götürməyib.
Balakən Rayon İcra Hakimiyyətində bir neçə sektorun rəhbəri yoxdur. Vakant yerləri təqdim edirik:
- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Ərazi-təşkilat məsələləri sektoru - Vakant
- Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, sektor müdiri - Vakant
- Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru - Vakant
- İnzibati işlər sektoru, sektor müdiri - baş mühasib - Vakant
- Hüquq və kadr məsələləri sektoru, sektor müdiri - Vakant
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev saxlanılıb.
Tehsil-press.az












