19 fevralda universitetlərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək. 7 şəhər və rayonda təşkil olunacaq. İmtahan saat 11:00-da başlayır, 3 saat davam edir. 18724 bakalavrın imtahanda iştirakı üçün ərizəsi təsdiqlənib. Hazırda bütün imtahan binaları yoxlanılır, bakalavrlar üçün zəruri şərait yaradılır.