DİM-də növbəti SAT imtahanı keçiriləcək

DİM-də növbəti SAT imtahanı keçiriləcək Mayın 5-də Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək.
Imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.
İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).
Qeyd edək ki, SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyənlər üçündür. Hazırda isə azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli universitetlərinə də qəbul ola bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər