“Bəşəriyyət qadınla yüksələcək” - BDU-da forum

“Bəşəriyyət qadınla yüksələcək” - BDU-da forum Bakı Dövlət Universitetində (BDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bəşəriyyət qadınla yüksələcək” adlı açıq forum keçirilib.
“BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Milli Məclisin deputatları, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, Səbinə Xasayeva ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin əhəmiyyətindən danışıb, qadınların müxtəlif sferalarda təmsilçilik hüququ əldə etməsinə böyük imkanlar yaradıldığını söyləyiblər. Vurğulanıb ki, ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olan Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında fəal iştirak edirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, marketoloq Həvva Səfərova və tanınmış bloqer Vəfa Əli müxtəlif statistikalar əsasında qadın problemlərinin həlli, gender məsələləri ilə bağlı təkliflərini səsləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər