Belarusda nüvə silahına dair heç bir əlamət görməmişik - Ağ ev

Belarusda nüvə silahına dair heç bir əlamət görməmişik - Ağ ev Birləşmiş Ştatlar Rusiyanın Belarusa nüvə silahı göndərdiyinə dair heç bir əlamət görməyib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
“Biz onun (Rusiya prezidenti Vladimir Putinin) bu vədi yerinə yetirdiyinə və ya hər hansı nüvə silahı göndərdiyinə dair heç bir əlamət görməmişik”, – Kirbi CBS telekanalına müsahibəsində deyib.
Bundan əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Belarusa taktiki nüvə silahları yerləşdiriləcəyini açıqlamışdı.

Tehsil-press.az



Oxşar xəbərlər