
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) fəaliyyətini nəzərdən keçirmək üçün konfrans iştirakçılarına müraciətində bildirib.
Putin bildirib ki, Rusiya NPT-nin iştirakçısı olan dövlət kimi “ardıcıl olaraq Müqavilənin mətninə və ruhuna əməl edir”.
“Nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi faktından çıxış edirik və bu müharibə heç vaxt baş verməməlidir” – deyə Putin vurğulayıb və əlavə edib ki, Moskva dünya birliyinin bütün üzvləri üçün bərabər təhlükəsizliyin tərəfdarıdır.
Tehsil-press.az