İspaniyada baş verən meşə yanğını 5 gündür davam edir

İspaniyada baş verən meşə yanğını 5 gündür davam edir İspaniyanın şərqindəki Castellon və Teruel şəhərləri arasında baş verən və 5 gündür davam edən meşə yanğınını əlverişsiz hava şəraiti səbəbindən hələ də söndürmək mümkün olmayıb.
Yanğın 4 min hektardan çox meşə sahəsini məhv edib.
Təxliyə olunan 1500 nəfərin hələ də evlərinə qayıda bilməyəcəyi bildirilir. Yanğının söndürülməsinə 500-dən çox şəxsi həyət cəlb olunub.
İspaniyanın Baş naziri Pedro Sançez yanğının baş verdiyi bölgəyə gedib. O, mətbuata açıqlamasında bildirib ki, bu yanğın iqlim dəyişikliyi ilə bağlı çox ciddi xəbərdarlıqdır. Sançes deyib ki, hökumət olaraq onun prioritetləri iqlim dəyişikliyinin təsirləri ilə mübarizə və mülki müdafiə sistemini gücləndirməkdən ibarət olacaq.
Sançes yanğından zərər çəkənlərə hər cür yardımın ediləcəyini vəd edib.

Tehsil-press.az



Oxşar xəbərlər