ABŞ-ın Kolorado ştatında meşə yanğınları 20 min insanın təxliyəsinə səbəb olub

ABŞ-ın Kolorado ştatında meşə yanğınları 20 min insanın təxliyəsinə səbəb olub ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.
Yanğın şəhərin cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə daha geniş əraziyə yayılıb. Hazırda yanğının yanğınsöndürən təyyarələrin də iştirakı ilə yaşayış yerlərindən uzaq tutulmasına və söndürülməsinə çalışılır.
Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.

Tehsil-press.az


Oxşar xəbərlər