Sudanda silahlı münaqişə tərəfləri 24 saatlıq atəşkəs elan ediblər

Sudanda silahlı münaqişə tərəfləri 24 saatlıq atəşkəs elan ediblər Sudanda silahlı münaqişə tərəfləri 24 saatlıq atəşkəs elan ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə SUNA agentliyi məlumat yayıb.
Sudan ordusu və Çevik Dəstək Qüvvələri Xartum vaxtı ilə saat 18:00-dan etibarən 24 saatlıq atəşkəs barədə razılıq əldə ediblər.
Sudan ordusunun yüksək rütbəli zabiti və Sudan Keçid Suverenlik Şurasının (STSC) üzvü general-leytenant Şəms Əl-Din Kabbaşı bildirib ki, Silahlı Qüvvələrin Baş Komandanlığı atəşkəsə beynəlxalq təşkilatlar tərəfindən monitoruq aparılması şərti ilə razılaşıb. O əlavə edib ki, STSC “üsyançılarla qarşıdurmaya mane olacaq hər hansı vasitəçiliyi qəbul etməyəcək”.
Əl-Kabbaşı Çevik Dəstək Qüvvələrini qarətdə və mülki şəxsləri canlı qalxan kimi istifadə etməkdə ittiham edib. O, həmçinin üsyançıların Xartum Beynəlxalq Hava Limanında təxribat törətdiyini və hava nəqliyyatının hərəkətini pozduğunu bildirib. General qeyd edib ki, ordu hərbi gücdən yalnız mülki şəxslərin həyatını qoruyacaq dərəcədə istifadə edir. O vurğulayıb ki, Sudan Silahlı Qüvvələri "mümkün qədər tez bir vaxtda" vəziyyəti normallaşdıracaq və hazırda iki əyalət istisna olmaqla, ölkənin bütün ərazisinə nəzarəti ələ keçirib.
General bildirib ki, Sudan Silahlı Qüvvələrinin Baş Komandanı və STSC-nin rəhbəri, general Əbdül-Fəttah Əl-Burhanın “sağlamlığı yaxşıdır və döyüş əməliyyatlarını idarə edir”.

Tehsil-press.az




Oxşar xəbərlər