“Zəfər” ordeni alan general-polkovniklər

“Zəfər” ordeni alan general-polkovniklər Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Zəfər” ordeni ilə ilə təltif olunanlar arasında 5 general-polkovnik də var.
Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov da təltif olunanlar arasındadır.
Bundan başqa, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də “Zəfər” ordeni təltif olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov da “Zəfər” ordeninə layiq görülüb.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, general-leytenant Ayaz Həsənov, Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi Anar Kərimov da təltif olunanlar arasındadır.
Bundan başqa, Dövlət Sərhəd Xidmətinin general-mayorları Aqşin Məhərrəmov, Rəsul Tağıyev və Artilleriya qoşunlarının komandanı general-mayor Ağamir Sultanov da “Zəfər” ordeni ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər