Roma Papası prezidentin ayağından öpdü

Roma Papası prezidentin ayağından öpdü Cənubi Sudan prezidenti Salva Kiir Mayardit nümayəndə heyətində yer alan müxalifət liderləri ilə Vatikana səfər edib.
Roma Papası Fransisk görüş zamanı Cənubi Sudan liderindən Sudanda baş verən siyasi problemlərin həlli ilə bağlı kömək etmələrini istəyib.
82 yaşlı Papa qonaqların ayağından öpərək Sudanda sülhün davam etməsi üçün dəstək göstərmələrini xahiş edib.
Fransisk ölkədə yenidən vətəndaş müharibəsinin baş verməməsi üçün təcili olaraq hərəkətə keçmələrinin vacib olduğunu bildirib.
Qeyd edək ki, bu gün Sudanda hərbi çevriliş edilib. Prezident Ömər əl-Bəşiri istefa vermək məcburiyyətində qalıb. Hakimiyyəti müdafiə naziri Əvad bin Auf ələ keçirib.

Tehsil-press.az



Oxşar xəbərlər