Cənubi Afrikada fevral ayından başlayan vəba epidemiyasında ölənlərin sayı 22-yə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 40 nəfər vəba şübhəlisi isə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bu il xəstəliyin epidemiyası qitənin cənubundakı səkkiz ölkədə qeydə alınıb.