Nigeriyanın şimalındakı Kano ştatında vəba epidemiyası qeydə alınıb. Bu xəstəlik nəticəsində azı 11 nəfər həlak olub. 47 nəfər isə xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, xəstəlik 3 kəndin ərazisində qeydə alınıb. Bir müddət əvvəl vəba nəticəsində 3 uşağın həlak olduğu məlumat verilmişdi. Tehsil-press.az