Koronavirus Yəməndə də qeydə alındı

Koronavirus Yəməndə də qeydə alındı Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.
Virusa ölkənin şərqindəki Hadramut əyalətində bir şəxsin yoluxduğu deyilir. Onun vəziyyətinin stabil olduğu bildirilib.
Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı koronavirus epidemiyası ilə əlaqədar Yəməndə atəşkəs elan etmişdi.
Bu günədək dünyada 1,6 milyondan çox koronavirusa yoluxma qeydə alınıb. Ölənlərin sayı 95 min nəfəri keçib.

Tehsil-press.az

Oxşar xəbərlər