UNEC: “Helios” müsabiqəsində iştirak üçün qeydiyyat başlanıb

UNEC: “Helios” müsabiqəsində iştirak üçün qeydiyyat başlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat Fondu “Helios” intellektual-analitik müsabiqəsində iştirak üçün ərizə qəbuluna start verir.
Müsabiqənin məqsədi beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat, dünya və regional siyasət sahələri ilə maraqlanan şəxsləri dəstəkləmək və onları istiqamətləndirməkdir.
Müsabiqə seminarlar vasitəsilə aparılacaq. Seminar və məsləhətləşmələrin təşkili məqsədilə müvafiq sahələrdə uzun illər təcrübəsi olan ekspertlər layihəyə dəvət ediləcək.
Müsabiqə iştirakçılara müasir politologiya və iqtisadiyyatda geniş müzakirə olunan aktual məsələlərin və problemlərin üzə çıxarılmasında təcrübə qazanmaq, analitik materialların hazırlanması və tərtibi sahəsində bilik əldə etmək imkanı verəcək.
Ən maraqlı məqalələr UNEC Tədqiqat fondunun rəsmi saytında (www.unectf.org) paylaşılacaq. Fond finalçı müəlliflərlə əməkdaşlığı davam etdirəcək.
Mükafat fondu 1000 manat təşkil edir. Qaliblər – ən uğurlu işlər üzrə 3 müəllifin hər biri 1000 manat qazanacaq.

Tehsil-press.az



Oxşar xəbərlər