UNEC: Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan müsabiqəyə məqalə qəbulu davam edir

UNEC: Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan müsabiqəyə məqalə qəbulu davam edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan məqalə müsabiqəsi sentyabrın 30-dək davam edəcək.
Müsabiqənin məqsədi universitetin professor-müəllim heyəti və tələbələrinin dövlət müstəqilliyinin bərpası ilə bağlı dövri mətbuatda məqalələr dərc etdirmələrinin təşviqidir.
Təqdim olunmuş məqalələr UNEC-də yaradılmış komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq.
Professor-müəllim heyəti üçün mükafatın məbləği I yer üzrə 500 manat, II yer üzrə 300 manat, III yer üzrə 200 manat, tələbələr üçün mükafatın məbləği I yer üzrə 300 manat, II yer üzrə 200 manat, III yer üzrə 100 manat müəyyənləşdirilib.
Müsabiqədə iştirak etmək istəyənlər dövri mətbuatda dərc etdirdikləri məqalələrin elektron variantını (Word və ya PDF formatda) və məqalənin çap olunduğu saytın (rəsmi sayt olmalı) linkini və ya qəzet və jurnalların surətini [email protected] elektron ünvanına göndərməlidirlər.
Məqalə 5-7 səhifə həcmində olmalıdır. Yalnız dövri mətbuatda dərc olunmuş məqalələr müsabiqəyə təqdim edilə bilər. Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı kafedra, tələbənin təhsil aldığı fakültənin adı və qrupu qeyd olunmalıdır.

Tehsil-press.az



Oxşar xəbərlər