Dövlət İmtahan Mərkəzinin (DİM) xarici dillərin qiymətləndirilməsi sahəsində tətbiq etdiyi yeni model və mexanizmləri, beynəlxalq tərəfdaşlar ilə aparılmış tədqiqatyönümlü silsilə layihələri, xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində gördüyü işlər böyük əhəmiyyət kəsb edir. DİM-də xarici dillər üzrə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında tətbiq olunan yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları 2017-ci ildən fəaliyyət göstərir.
Bu günə qədər 11 hazırlıq kursu təşkil olunub və bu kursları müvəffəqiyyətlə keçən 351 müdavim sertifikat alıb. Kursu bitirən 274 nəfər Bakı şəhəri üzrə, regionlardan isə 77 nəfər yazı işlərinin yoxlanılması prosesinə marker kimi əməkdaşlığa cəlb olunub.
Tehsil-press.az