Fransanın Yuxarı Savoyya departamentinin Ansi şəhərində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində aralarında uşaqların da olduğu beş nəfər xəsarət alıb.
Hadisə şəhərin göl kənarında yerləşən istirahət meydançasında baş verib. Qışqıraraq parka daxil olan cinayətkar uşaq arabalarına yaxınlaşaraq körpələrə bıçaq zərbələri endirməyə başlayıb. Polis tərəfindən əhatəyə alındığını görən şəxs daha sonra yaşlı bir insanı da yaralayıb.
Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlər yaralanan dörd uşaqdan ikisinin vəziyyətini kritik qiymətləndirir.
Hücum edən şəxsin saxlanıldığı bildirilir. Onun 32 yaşlı suriyalı olduğu və bu il İsveçdə qaçqın statusu aldığı məlum olub.
Fransanın Baş naziri Elizabet Born və daxili işlər naziri Jerald Darmanen təcili olaraq Ansi şəhərinə yollanıblar.
Tehsil-press.az