Tramp yaponlara başsağlığı verdi

Tramp yaponlara başsağlığı verdi ABŞ prezidenti Donald Tramp Yaponiyada naməlum şəxsin parkda məktəblilərə hücum etməsi hadisəsi ilə bağlı başsağlığı verib.
Bu haqda “TASS” agentliyi məlumat yayıb.
“Amerika xalqı yapon xalqı ilə bərabər hüzn içindədir”, - Tramp deyib.
Onun sözlərinə görə, o, zərərçəkənlərə və onların ailələrinə başsağlığını çatdırır.
Qeyd edək ki, Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib. Hücum nəticəsində azı 19 nəfər xəsarət alıb. Kəskin qan itirməsi nəticəsində naməlum şəxs həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər