ABŞ-da silahlı şəxs ətrafdakılara hücum edib, xeyli sayda yaralı var

ABŞ-da silahlı şəxs ətrafdakılara hücum edib, xeyli sayda yaralı var ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində bıçaqla silahlanmış şəxs ətrafdakı insanlara hücum edib.
"Polis əməkdaşları yeddi mümkün cinayət törədilən ərazidə araşdırma aparır. Bıçaqlı hücum nəticəsində 11 nəfər xəsarət alıb. Onların hamısının vəziyyəti stabildir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs tək olub və hazırda nəzarət altındadır", - məlumatda bildirilir.
Yerli KRQE News 13 telekanalı xəbər verir ki, şəxs şəhərin müxtəlif yerlərində ətrafdakı insanlara hücum edib. O, insanlara xəsarətləri iri bıçaqla velosipedlə hərəkətdə olarkən yetirib.

Tehsil-press.az


Oxşar xəbərlər