“Sziget” festivalı dünya rokunun favoritlərini Budapeştə toplayacaq

“Sziget” festivalı dünya rokunun favoritlərini Budapeştə toplayacaq Koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra Budapeştdə ötən il fəaliyyətini bərpa edən dünyanın ən iri musiqi festivallarından biri “Sziget” festivalı bu il Billie Eilish, David Guetta, Florence The Machine və Imagine Dragons kimi dünyaşöhrətli favoritlərin iştirakı ilə qayıtmağa hazırlaşır.
Festival avqustun 10-dan 15-dək Budapeştdə keçiriləcək.
Bir qayda olaraq, 6 gündən çox davam edən “Sziget” festivalı Budapeştin Obuda adasını “azadlıq adası”na çevirir, öz ziyarətçilərini gündəlik həyatlarını müvəqqəti olsa da unutmağa, azadlıq, dostluq və mədəniyyət kəşfləri aləminə dalmağa dəvət edir.
Builki festivalda Sem Fender (Sam Fender), Niall Horan (Niall Horan), YUNGBLUD, “Foals”, Jamie xx, “M83”, “Moderat”, Sven Väth, Mimi Veb, “Nothing But Thieves”, “Two Feet”, “Viagra Boys”, “Amyl and The Sniffers”, Dixon, “The Comet is Coming”, 070 Shake, Uncle Waffles, TV Girl, Frank Carter The Rattlesnakes, Baby Queen, Easy Life, Youngr, “Los Bitchos”, “Destroy Boys”, Kelly Lee Owens DJ set, Mall Grab, Partiboi69, Parra For Cuva, “Jungle By Night”, yunè pinku DJ set, Hannah Grae, eləcə də digər musiqiçilər və musiqi kollektivləri çıxış edəcək, onlar haqqında əlavə elan veriləcək.
2018-ci ildə unudulmaz çıxışından və “Crazy What Love Can Do”, “I'm Good (Blue)” və “Damn” - yeni mahnılar toplusundan sonra rəqs musiqisi ulduzu Devid Quetta (David Guetta) “Sziget”in əsas səhnəsinə qayıdacaq. Festival Britaniyanın “BRIT Award” mükafatının ikiqat sahibi Billi Aylişi (Billie Eilish) onun “Həmişəkindən daha xoşbəxt” (“Happier Than Ever”) adlı dünya turnesi çərçivəsində qəbul edəcək.
Tənqidçilərin nüfuzunu qazanan “Dance Fever” albomunun buraxılışından və bu il anşlaqla keçən çoxlu konsert turundan sonra Britaniyanın “Florence The Machine” indi-rok qrupu da “Sziget” festivalının əsas səhnəsində çıxış edəcək.
Bundan başqa, “Imagine Dragons” Amerika pop-rok qrupu özünün emosiya dolu trekləri ilə tamaşaçıları məftun edəcək.
Festivala biletlər artıq satışa çıxarılıb. “Sziget” festivalı haqqında daha ətraflı məlumatı “szigetfestival.com” linkindən istifadə etməklə almaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər