“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağstafa rayonuna olub.
Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonu Heydər Əliyev adına parkda Gənclər Mərkəzinin qarşısında baş tutub.
Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.
Ağstafa Regional Mədəniyyət İdarəsi festivalın sərgi hissəsində digər rayonlara ozan sənətinin sayılıb-seçilən simli çalğı aləti olan sazın növlərini, toxuculuq və oyma sənətinə aid olan çoxlu sayda əl işlərini, eyni zamanda digər sənətkarlıq nümunələrini nümayiş ediblər.
Bundan başqa, konsert proqramı hissəsində isə Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət “Misri” aşıqlar ansamblı və Ağstafa rayon Uşaq Musiqi Məktəbinin “Günəş” kvartet qrupu və müəllimlərdən ibarət ansamblı uğurla çıxış ediblər. Daha sonra tədbir digər regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin çıxışları ilə davam edib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival iki ay davam edəcək.

Mətbuat Xidməti



“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb

Oxşar xəbərlər