Azərbaycanda ilk dəfə möhtəşəm K-POP musiqi Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə möhtəşəm K-POP musiqi Festivalı keçiriləcək Azərbaycanda ilk dəfə Work Group-un təşkilati dəstəyi ilə möhtəşəm K-POP musiqi Festivalı keçiriləcək. Ənənəvi olaraq hər il dünyanın 20-dən çox ölkəsində keçirilməklə internet üzərində insanların marağına səbəb olan K-Pop Festivalı Bakıda - My Beach Club-da!

K-POP, yəni Cənubi Koreya pop musiqisi həm ballada, həm rep, həm r&b, eyni zamanda hip-hop janrını eyni musiqidə birləşdirən, dünyanın, demək olar, bütün ölkələrində sevilən musiqi növüdür. K-Pop qrupları arasında dünya musiqi sıralamasında milyonlarla baxış sayına malik qruplar vardır. Təsadüfi deyil ki, PSY-ın Gangnam Style klipi youtube üzərində izləmə sayı ən yüksək olan klipdir. Dünya üzərində təxmini fan sayı 200 milyondan çox 50-yə yaxın K-Pop qrupları vardır.
2016 Bakı K-Pop Festivalında Water Fight, Color Fight, Bubble Soccer, Motor Show kimi əyləncəli oyunlar, Azərbaycanın məşhur Dj-ləri - Dj Shock, Dj China və Koreyadan dəvət olunmuş Asiyanın ən məşhur Dj-i Dj SOLAII sizi gözləyirlər!
Dj SOLAll 3 illik fəaliyyətinə baxmayaraq Asiyanın bir çox ölkəsində, eləcə də Koreyada məşhur şoularda çıxış etmiş, ən az K-Pop idolları qədər böyük fan kütləsinə sahibdir. Koreyada keçirilən Ultra Korea, Tailandda Pattaya Music Festival 2016, Yaponiyada Octagon kimi böyük festivallarda iştirak etmişdir. Bakıda ilk dəfə olaraq keçirilən bu möhtəşəm festivalı qaçırmayın! Biletlər artıq satışdadır.


Tehsil-press.az

Oxşar xəbərlər