İngiltərədə oğurluq halları rekord həddə çatıb.
2023-cü ildə ölkədə 1 milyon 100 min oğurluq hadisəsi qeydə alınıb.
Mağaza sahibləri bildiriblər ki, ən çox oğurlananlar ət, spirt və qənnadı məmulatları olub. Bunlar adətən narkotik, alkoqol asılılığı olan və ya mütəşəkkil cinayət qruplarının üzvləri tərəfindən oğurlanır.
Oğurluq hallarının artmasına səbəb kimi “yaşayış böhranı” göstərilir.
Mağazalarda baş verən oğurluq hallarının 100/60-ı residivist cinayətkarlar tərəfindən törədilib. Müəssisə sahiblərinin 100/79-u yaşayış xərcləri böhranının oğurluq hadisələrinin artmasına səbəb olduğunu düşünür.
Qeyd olunur ki, biznes sahibləri keçən il cinayət hallarının qarşısının alınması üçün tədbirlərə 228 milyon funt sterlinq xərcləyiblər.
Tehsil-press.az