.jpg)
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
İlkin ifadəsi zamanı A.Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbutları, eləcə də digər əşyaları satdığını bildirib.
Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Tehsil-press.az