Türkiyədə zəlzələ ilə bağlı 600-dən çox şəxs saxlanılıb

Türkiyədə zəlzələ ilə bağlı 600-dən çox şəxs saxlanılıb Türkiyədə baş verən güclü zəlzələdən sonra müxtəlif şəhərlərdə uçan binalarla əlaqəsi olan 600-dən çox şəxs barədə araşdırma aparılır.
Onlardan 182-si barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar tikinti podratçısı, bina sahibləri və ya idarəçiləridir.
Türkiyə ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, hazırda yoxlamalar davam edir və bəzi hallarda binaların uçduğu yerlərdə yeni maddi sübutların tapılması cinayət işi üzrə istintaqa əsas verir.
Nazirin sözlərinə görə, həmçinin Türkiyədə zəlzələ zonasında 351 oğurluq hadisəsi qeydə alınıb, 284 şəxs şübhəli qismində saxlanılıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ böyük dağıntılara səbəb olub və nəticədə 44 mindən çox insan ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər