Ali Attestasiya Komissiyası: İddiaçılara diplom və attestatlar təqdim edilib

Ali Attestasiya Komissiyası: İddiaçılara diplom və attestatlar təqdim edilib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 3 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 4 iddiaçıya diplom və attestatlar təqdim edilib.
Filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 2 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub. Tibb elmləri sahəsində “Uşaq cərrahlığı” və biologiya elmləri sahəsində “Botanika” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya professor attestatları təqdim edilib.
Elmi dərəcə iddiaçılarına elmlər doktoru elmi dərəcəsinin və elmi ad iddiaçılarına professor elmi adının verilməsi, professor elmi adı barədə sənədin təkrar attestasiya əsasında tanınması məsələlərinə baxılıb.
Komissiyanın nəzdində fəaliyyət göstərən ekspert şuralarının və dissertasiya şuralarının tərkibində dəyişikliklər edilib, müxtəlif elm sahələri üzrə dissertasiya şuraları yaradılıb.

Tehsil-press.az


Oxşar xəbərlər