Ali Attestasiya Komissiyası: 11 elm sahəsi üzrə diplomlar və attestatlar təqdim olunub

Ali Attestasiya Komissiyası: 11 elm sahəsi üzrə diplomlar və attestatlar təqdim olunub Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 29 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamənin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
İqtisad, texnika, riyaziyyat, fizika, tibb, biologiya, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 14 iddiaçıya fəlsəfə doktoru diplomu təqdim olunub. Filologiya, tibb, biologiya və yer elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 5 iddiaçıya elmlər doktoru diplomu verilib. Eyni zamanda, Gürcüstanın İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilib.
Filologiya elmləri sahəsində müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, german dilləri, dünya ədəbiyyatı (fransız ədəbiyyatı) və ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid ixtisasları üzrə 4 iddiaçıya, siyasi elmlər sahəsində siyasi nəzəriyyə, biologiya elmləri sahəsində mikologiya, sənətşünaslıq sahəsində musiqi sənəti ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları verilib. Tibb elmləri sahəsində anesteziologiya və reanimatologiya və cərrahlıq ixtisasları üzrə 2 iddiaçıya professor attestatları təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər