
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan tədbirdə komissiyanın sədri Famil Mustafayev kimya, iqtisad və yer elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edən və AAK tərəfindən elmi dərəcə verilən 3 iddiaçıya elmlər doktoru diplomlarını təqdim edib. Eyni zamanda, kimya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə edən və AAK tərəfindən elmi dərəcə verilən 4 iddiaçıya fəlsəfə doktoru diplomları, eləcə də xarici ölkələrdə fizika və tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilən 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə verilib.
Tədbirdə geomorfologiya ixtisası üzrə professor elmi adı almış bir iddiaçıya professor attestatı, Konstitusiya hüququ, bələdiyyə hüququ, cinayət hüququ və kriminologiya, cəza-icra hüququ, Vətən tarixi ixtisasları üzrə dosent elmi adına layiq görülmüş 3 iddiaçıya dosent attestatları təqdim olunub.
Tehsil-press.az