“Azeri Light”ın qiyməti 89 dollara çatır

“Azeri Light”ın qiyməti 89 dollara çatır Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,57ABŞ dolları və ya 1,8% artaraq 88,90 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər