Belçikanın xarici işlər naziri Hadja Lahbib Cənubi Qafqaza səfərə gəlir. Bu barədə məlumatı Lahbib öz “X” (tviter) hesabında paylaşıb. Onun sözlərinə görə, regiona 4 günlük səfəri çərçivəsində İrəvan, Tbilisi və Bakıda görüşlər keçirəcək. Lahbibin Bakıya avqustun 24-ü səfər edəcəyi gözlənilir.